İQTİSADİYYAT
Ötən il neft-qaz sazişlərindən Neft Fonduna 51,3 min dollar bonus ödənişləri daxil olub
Bakı, 13 iyun, AZƏRTAC
2016-cı ildə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan bonus ödənişlərinin məbləği 82,1 min manat və ya 51,3 min ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatında deyilir.
Bildirilir ki, ötən il Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın ortaq neft şirkəti arasındakı sazişə uyğun olaraq 2,1 milyon ABŞ dolları və ya 3,3 milyon manat məbləğində akrhesabı ödənişlər köçürülüb.
Keçən il ARDNF-in digər daxilolma mənbəyini karbohidrogenlərin Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən 11,3 milyon ABŞ dolları və yaxud 18,0 milyon manat məbləğində gəlirlər (tranzit haqqı) təşkil edib.