DÜNYA


Ötən il sosial şəbəkələrdən istifadə 21 faiz artıb

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC

2016-cı ildə dünyada sosial şəbəkələrdən istifadə 21 faiz artıb. Bu barədə “We Are Social” və “Hootsuite” şirkətlərinin aktual rəqəmli yeniliklərə həsr olunan birgə tədqiqatında deyilir.

AZƏRTAC “IGate” resursuna istinadən xəbər verir ki, hesabata görə, ötən il internetin qlobal nüfuzetmə səviyyəsi 10 faiz artaraq 3,773 milyard istifadəçi təşkil edib ki, bu da Yer kürəsinin ümumi əhalisinin 50 faizinə bərabərdir.

Dünya miqyasında sosial şəbəkə istifadəçilərinin sayında 21 faiz artım qeydə alınmaqla 2,8 milyard nəfərə çatıb. Bununla yanaşı, mobil qurğulardan daxil olan istifadəçilərin sayı illik hesablamada 30 faiz yüksəlib. İstifadəçilərin 91 faizi sosial servislərə smartfon və planşetlərlə daxil olur.

“We Are Social” nümayəndəsi Saymon Kempin sözlərinə görə, statistikadan məlum olub ki, daha sosial şəbəkələri “yeni media” adlandırmağa ehtiyac yoxdur və onlardan mütləq istifadə gündəlik həyata daxil edilməlidir. O, həmçinin əlavə edib ki, hazırda sosial servislər əyləncə yox, həm də biznes sahəsinə çevrilib.

Şirkətlərin hesabatı dünyanın 238 ölkəsi üzrə məlumatlara əsaslanaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.