İQTİSADİYYAT


Ötən ilin yanvar-noyabrında dövlət büdcəsinin gəlirləri 12965,5 milyon manat, xərcləri 13927,4 milyon manat olub

A+ A

Bakı, 24 yanvar, AZƏRTAC

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 12965,5 milyon manat, xərcləri 13927,4 milyon manat təşkil edib, büdcənin icrasında 961,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, daxilolmaların 24,6 faizi əlavə dəyər vergisi, 13,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,1 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 10,3 faizi digər vergilər, 38,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 24,8 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,5 faizi ümumi dövlət xidmətləri, 14,4 faizi sosial müdafiə və sosial təminat, 14,7 faizi təhsil və səhiyyə sahələrinin, 29,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2016-cı ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 17501,2 milyon manat, xərcləri 17742,4 milyon manat təşkil edib, büdcənin icrasında 241,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,4 faizi qədər kəsir yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.