MƏDƏNİYYƏT


Ötən illərin nəğmələri səslənəcək

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 28–də Heydər Əliyev Sarayında Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və digər Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, Əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva, müğənnilər Ehtiram Hüseynov, Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryəm Şabanova və “Sevil” vokal qrupu çıxış edəcək.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən, həmçinin “iticket.az” saytından onlayn əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.