İDMAN


Ötən mövsümün ən yaxşı qolunun müəllifi adına yeddi namizəd var

Bakı, 10 avqust, AZƏRTAC

2016/2017 mövsümünün ən yaxşı qolu adına namizədlər məlum olub.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, qurumun keçirdiyi səsvermədə qalib adı uğrunda yeddi qolun müəllifi mübarizə aparacaq.

Avropanın futbol təşkilatının siyahısında “Real Madrid” komandasının futbolçusu Kasemironun “Napoli”yə, “Barselona”nın aşağı yaş qrupları üzrə komandasının üzvü Xordi Mbulanın “Borussia Dortmund”a vurduğu qol, Mussa Sounun “Fənərbağça”nın heyətində “Mançester Yunayted”in qapısından keçirdiyi top var.

Bundan başqa, namizədlər arasında qadın futbolçulardan ibarət İtaliya yığmasının üzvü Daniela Sabatinonun İsveç millisinə vurduğu, “Astra” komandasının “Austria” ilə görüşdə Kevin Fresenbiklerin imza atdığı, ispaniyalı yarımmüdafiəçi Marko Asensionun Makedoniyanın qapısından keçirdiyi və UEFA Çempionlar Liqasının finalında “Yuventus”un hücumçusu Mario Mandzukiçin “Real Madrid”ə vurduğu qol yer alıb.

Qeyd edək ki, UEFA-nın saytındakı səsvermə avqustun 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.