REGİONLAR


Ötən yeddi ayda Mingəçevirdə 910 nəfər daimi və mövsümi işlə təmin olunub

A+ A

Mingəçevir, 11 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Bu ilin yeddi ayında Mingəçevir şəhər Məşğulluq Mərkəzinə 4247 nəfər işaxtaran vətəndaş müraciət edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərdən 729 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. Onların 147-si qadın, 162-si gəncdir. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işlə təmin ediliblər.

İşsizliyə görə 349 nəfərə müavinət təyin olunub. Bundan əlavə, cari ilin 7 ayında Mingəçevir Əmək Birjası tərəfindən qeydiyyatda olan vətəndaşlardan 169 nəfəri müvəqqəti xarakterli mövsümi işə, 12 nəfər ictimai işlərə göndəriş alıb.

Həmçinin Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda maarifləndirmə xarakterli “dəyirmi masa” keçirilib. Bu ilin sonunadək Mingəçevir şəhərində “Əmək yarmarkası”nın, tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.