İDMAN
Oturaq voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin oturaq voleybol idman növü üzrə milli komandası Almaniyanın Varendorf şəhərində keçirilən Avropa çempionatında iştirakını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Rio-De-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda millimiz üçüncü oyununda Ukrayna yığması ilə qarşılaşıb. Görüş ukraynalı voleybolçuların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Buna baxmayaraq, Azərbaycan millisi çempionatın dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə voleybolçularımızın rəqibi Almaniya kollektivi olacaq.
İdmançılarımız ilk oyunda Rusiya yığmasına 2:3 hesabı ilə məğlub olsa da, növbəti görüşdə Latviya millisini məğlub etmişdi - 3:0.
Avropa birinciliyinə oktyabrın 8-də yekun vurulacaq.