ELM VƏ TƏHSİL


Otuz beş məktəbli bilik yarışında qalib gəlib

Bakı, 23 may, AZƏRTAC

Məktəblilər arasında www.e-test.edu.az portalı vasitəsilə keçirilən bilik yarışının qalibləri müəyyənləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, nəticələrə görə, 35 məktəbli bilik yarışında yüksək bal toplayaraq qalib gəlib. Paytaxtın 283 və 83 nömrəli məktəblərinin bilik yarışında uğur qazanan şagirdlərinə artıq mükafatlar təqdim edilib. Digər qaliblər dərs ilinin sonunadək Təhsil Nazirliyi tərəfindən sertifikat, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Nazirlik tərəfindən keçirilən bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib.

Qeyd edək ki, portal vasitəsilə elektron qeydiyyatdan keçən şagirdlər səkkiz fənn üzrə 30.000-dən çox test çalışmasını həll etməklə bilik yarışının iştirakçısı olurlar.

Çalışmaları həll etdikcə hər bir şagird müvafiq ballar qazanır. Toplanan ballar artdıqca şagirdlərə virtual simvolik həvəsləndirici medallar verilir. Cavabların düz və ya səhv olması barədə məlumat interaktiv şəkildə dərhal ekranda görünür.

Portala digər fənlər üzrə də yeni test tapşırıqlarının əlavə olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.