CƏMİYYƏT


“Oxford Press” nəşrində azərbaycanlı professor haqqında məqalə dərc edilib

Bakı, 6 iyul, Əziz Məmmədov, AZƏRTAC

Britaniyanın “Oxford Press” kardioloji nəşrində həmvətənimiz, professor, tibb elmləri doktoru, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Dövlət Elmi-Tədqiqat Profilaktik Təbabət Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin xroniki qeyri-yoluxucu xəstəliklərin profilaktikasında fənlərarası yanaşmanın öyrənilməsi laboratoriyasının rəhbəri Mehman Məmmədov haqqında məqalə dərc edilib. Həmçinin həmvətənimizin ekspert işlədiyi “Liqa zdorovya natsii” təşkilatının məlumatına görə, ilk dəfədir ki, Avropanın bu cür nüfuzlu kardioloji nəşri Şərqi Avropa və MDB-dən olan mütəxəssis haqqında material dərc edir.

Bu barədə Azərbaycan Kardiologiya Cəmiyyətinin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, dosent Kəmalə Zahidova AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, məqalədə professorun həyat və peşə fəaliyyətindən söhbət açılır. “Məqalədə ürək-damar xəstəlikləri və komorbid hallarının risk amillərinin aşkar edilməsi üzrə silsilə populyasion və klinik tədqiqatların aparılmasından, “Dövlət Elmi-Tədqiqat Profilaktik Təbabət Mərkəzi”ndə ürək-damar riskinin qiymətləndirilməsi və korreksiyasında laboratoriyanın işindən, Rusiya Kardiologiya Cəmiyyətində şəkərli diabet və ürək-damar xəstəlikləri qruplarından və digər fəaliyyət istiqamətlərindən söhbət açılır”, - deyə K.Zahidova əlavə edib.

Qeyd edək ki, Mehman Məmmədovun elmi maraq dairəsinə ürək-damar xəstəliklərinin epidemiologiyası (populyasion tədqiqatlar) və risk amilləri, lipid mübadiləsinin pozulması, prediabet, şəkərli diabet və ürək-damar xəstəlikləri, kardiologiyada kişi sağlamlığı, aterosklerozun ilkin əlamətləri, teletəbabət daxildir.

Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən əldə etmək olar:

https://academic.oup.com/eurheartj/article/38/25/1947/3903143/Mekhman-N-Mamedov-MD-PhD.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.