REGİONLAR


Oxucu konfransında xalqımızın malik olduğu multikultural dəyərlərdən bəhs olunub

A+ A

Qax, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib və ölkəmiz dünyaya tolerantlıq nümunəsi olaraq təqdim edilir.

AZƏRTAC xəbər verir ki, bu fikir “Multikulturalizm ili” çərçivəsində Qax rayon Mərkəzi Kitabxanasında keçirilən “Hamımız bir günəşin zərrəsiyik” adlı oxucu konfransında səsləndirilib.

Rayonda yaşayan azsaylı xalqların nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbiri rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova açaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar rayonun kitabxana filiallarında silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanda, eləcə də Qax rayonunda ta qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dinlərə mənsub insanlar dinc və mehribanlıq şəraitində yaşayır, birgə fəaliyyət göstərirlər. Bu xalqların nümayəndələri bir-birinin adət-ənənələrinə, dilinə, dininə həmişə hörmətlə yanaşır, Azərbaycanı öz doğma Vətəni hesab edirlər.

Konfransda “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” və “Ədəbiyyatımızda multikultural dəyərlər” mövzularında məruzələr dinlənilib. Bildirilib ki, multikultural dəyərlər, ayrı-ayrı dinlərə və xalqlara hörmət bəsləmək klassiklərimizin, orta əsrlər və intibah dövrü şair və yazıçılarımızın yaradıcılığında xüsusi yer tutub. Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə dərin hörmətlə müraciət edilməsi öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir.

Tədbirin sonunda “Tolerantlıq və multikulturalizm mərkəzi” adlı film nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.