MƏDƏNİYYƏT
Oya Ergün konsert proqramı ilə Azərbaycan qadınlarını təbrik etdi
Bkı, 6 mart, AZƏRTAC
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış türk opera ifaçısı Oya Ergünün Azərbaycan qadınlarına həsr etdiyi konsert proqramı ilə çıxış edib.
AZƏRTACA xəbər verir ki, Bakıda bir çox konsert proqramı ilə çıxış edən Oya xanımı bu musiqili gecəsində Azərbaycan orkestri müşayiət edib.
Oya Ergün Rəşid Behbudovun repertuarından olan mahnıları səsləndirib, öz məlahətli ifa tərzi ilə tamaşaçılarının könlünü fəth edib.
Belə ki, ifaçı konsertdə “Gecələr”, “Ayrılıq”, “Nazəndə sevgilim”, “Reyhan”, “Lalələr” və digər bəstəkar və xalq mahnılarına yer ayırıb. Bundan əlavə, Oya Ergün slayd formatında R.Behbduovun lent yazısında səsləndirdiyi “Sənə də qalmaz” mahnısını duet şəklində ifa edib. Duetdən sonra isə O.Ergünün R.Behbudovun sevimli mahnılarından olan “Sevgilim”ə çəkdirdiyi klip nümayiş olunub.
Oya xanıma sənət yoldaşı Ülvi Qılınc konsertə öz proqramı və mahnıları ilə rəngarənglik qatıb. Konsertin sonunda Oya Ergünlə Ülvi Qılınc “Səni arzularam” mahnısını duet şəklində səsləndiriblər.