MƏDƏNİYYƏT


“Oyuq” teatr-studiyası “Ordumuzun igidləri” klipini təqdim edib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası fəallarının ifasında hərbi vətənpərvərlik mövzusunda “Ordumuzun igidləri” adlı mahnıya çəkilmiş klipin təqdimatı olub. Daim ilklərə imza atan, yetişən nəslin bədii-estetik zövqünü formalaşdırmağa çalışan studiyanın fəallarının ifa etdiyi mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Gövhər Həsənzadəyə aiddir.

AZƏRTAC xəbər verir ki, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə mütəmadi tamaşalar təqdim edən, tədbirlər keçirən teatrın bu layihəsinin respublika teatrları arasında ilk təşəbbüs olduğunu deyib. O, bu maraqlı və məsuliyyətli işi öhdəsinə götürən hər kəsə, bu mövzunun ideya müəllifinə və klipin ərsəyə gəlməsində zəhməti keçənlərə minnətdarlıq edib.

Cəmilə Allahverdiyeva və “Oyuq” teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva çıxış edərək belə bir mövzuda ilk təşəbbüsü onların teatr-studiyasının həyata keçirdiyi üçün qürur duyduqlarını söyləyiblər.

Sonra klip təqdim olunub.

Klipin süjeti özündə 2016-cı ilin aprel döyüşlərini, Lələtəpə zəfərini ehtiva edir.

Klipin nümayişindən sonra “Oyuq” teatr-studiyasının fəalları – Nuray Rəhman, Vüsalə Bəkirzadə, Selcan Müseyibova, Aylin Nəcəfli, Aysu Cəbrayılova, Miryaqub Seyidov və Razim Məmmədlinin ifaları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.