İQTİSADİYYAT


“Öz biznesinə başla!” adlı silsilə təlimlər başa çatıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkəti və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC) dəstəyi ilə həyata keçirilən "Youth Inc." gənclərin sahibkarlıq proqramı çərçivəsində "Öz biznesinə başla!" adlı silsilə təlimlər yekunlaşıb.

"Coca-Cola" şirkətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin məqsədi gənclərdə biznes ideyalarının formalaşdırılması, investorların cəlb edilməsi, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, biznesin qeydiyyatı və sair mövzularda bilik və məlumatın artırılması olub.

Bu ilin ilk yarısını əhatə edən "Öz biznesinə başla!" layihəsi çərçivəsində 12 ali təhsil ocağı, bir sıra gənclər təşkilatı, eləcə də bütün "ASAN xidmət" mərkəzlərində və digər təlim-tədris ocaqlarında 36 təlim keçirilməklə 1500 gənc sahibkarlığın əsaslarına yiyələnib. Təlim iştirakçıları arasından biznes təlimçi – multipleyer adını qazanmış 30-a yaxın gənc seçilib. Bu gənclər "Öz biznesinə başla!" layihəsi çərçivəsində nəzəri biliklər öyrədilib, həmçinin auditoriya qarşısında çıxış etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək və sair bacarıqlar aşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.