CƏMİYYƏT
“Öz peşəm öz gələcəyimdir” layihəsinin təqdimatı olacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 24-də 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi “Öz peşəm öz gələcəyimdir” layihəsinin açılış mərasimi keçiriləcək.
Tədbirin məqsədi yeniyetmələrə peşə seçimində köməklik göstərmək, onların arzuladıqları peşə ilə reallıqda olan peşə arasında oxşar və fərqli cəhətləri onlara çatdırmaqdır.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə əsasən yeniyetmələri, məktəbli gəncləri və xüsusilə də 6-10-cu sinif şagirdlərini əhatə edəcək.
Layihə çərçivəsində Bakıdakı məktəblərdə təhsil alan şagirdlərlə müxtəlif peşə sahibləri arasında müzakirələr təşkil olunacaq. Həmçinin seçdikləri ixtisasla hazırkı ixtisasın eyni olub-olmadığı, ixtisası seçərkən qarşılaşdıqları çətinliklər yeniyetmələrə çatdırılacaq. Sonra isə həmin gənclər müxtəlif texnoparklarda, səhiyyə ocaqlarında, universitetlərdə və təlimlərdə iştirak edərək ekspertlərin çalışdığı müəssisələrdə real işlə tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]