DÜNYA


Özbəkistan Aral dənizi zonasında ekoloji fəlakətin aradan qaldırılmasına 2,6 milyard dollar ayırıb

Daşkənd, 1 fevral, АZƏRTAC

Özbəkistan Hökuməti 2017-2021-ci illərdə Aral dənizi zonasında ekoloji fəlakətin aradan qaldırılmasına 8,4 trilyon sum (2,6 milyard dollar) vəsait ayırıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı Fərmanda Aral dənizinin quruması ilə əlaqədar səhralaşmanın qarşısının alınması, su ehtiyatlarının tənzimlənməsi istiqamətində əsaslı işlərin aparılması, regionda 100 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, proqramın maliyyələşdirilməsi üçün Özbəkistan Maliyyə Nazirliyinin nəzdində Aralyanı Regionun İnkişaf Fondu da yaradılacaq.

Xatırladırıq ki, Aral dənizi 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılırdı. Son 40 ildə gölün sahəsi iki dəfə azalıb, suyun həcmi 18 metr aşağı düşüb. Duzluluğun artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür və beləcə ekoloji fəlakət zonası yaranır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.