DÜNYA


Özbəkistan Hökumətində yeni təyinatlar olub

A+ A

Daşkənd, 15 sentyabr, AZƏRTAC

Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevin fərmanı ilə Baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov Hökumətdə iqtisadi bloka nəzarət etməklə yanaşı, elm və təhsil sahələrinə də baxacaq.

Şavkat Mirziyayevin fərmanı ilə Abdulla Aripov Baş nazirin gənclər siyasəti, mədəniyyət, informasiya sistemləri və kommunikasiya üzrə müavini təyin edib.

Digər fərmanla İlxamcon Nemətov Özbəkistan Xarici İşlər Nazirliyinin xüsusi təyinatlar üzrə səfiri təyin olunub.

Bundan əvvəl İ.Nemətov Özbəkistanın ABŞ-dakı səfiri, xarici işlər nazirinin müavini olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.