DÜNYA
Özbəkistan MSK ölkədəki dörd siyasi partiyanın nümayəndələrinin prezident seçkilərində iştirakını təsdiqləyib
Daşkənd, 23 sentyabr, AZƏRTAC
Daşkənddə Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın seçkilərə qatılması ilə bağlı brifinq keçirilib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mirzə-Uluqbek Abdusalamov bildirib ki, ölkədə fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri MSK-ya ərizə ilə müraciət edərək prezident seçkilərində iştirak etmək üçün qeydə alınmalarını xahiş ediblər.
MSK-nın sədri deyib ki, Özbəkistan Xalq-Demokratik, “Ədalət” Sosial-Demokrat, “Milli Dirçəliş” Demokratik və Liberal-Demokrat partiyalarının seçkilərdə iştirakı təsdiqlənib.
M.U.Abdusalamov deyib ki, prezidentliyə namizədlərə vəsiqə və imza vərəqələri də verilib.
Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd