DÜNYA


Özbəkistan Prezidenti İslam Kərimov Əmir Teymurun 700 il əvvəl tikdirdiyi körpünün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub 

Daşkənd, 2 iyul, AZƏRTAC 

Özbəkistan Prezidenti İslam Kərimov ölkənin Qaşqadərya vilayətində böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun 700 il əvvəl tikdirdiyi körpünün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Böyük İpək Yolunun keçdiyi Karşi şəhərindəki Kaşkadərya çayı üzərində tikilmiş körpünün ətrafında salınan və 24 hektar ərazini əhatə edən tarixi bağ da bərpa olunub. Çay boyu sağ və sol ərazilərdə yaşıllıqlar salınıb, istirahət üçün digər infrastruktur yaradılıb. Orta əsrlərdə bu ərazidən Hindistanı və İranı Avropa ilə birləşdirən karvan yolu keçib.

Macar alimi və səyahətçisi German Vamberi yazır ki, 1860-cı illərdə Karşi şəhərində 10 karvansara, böyük bazar və istirahət etmək üçün səfalı bağ olub.

Prezident İslam Kərimov vilayətdə tikilən digər obyektlərlə də tanış olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.