SİYASƏT


Özbəkistan Prezidenti İslam Kərimov son mənzilə yola salınıb

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 3-də doğma şəhəri Səmərqənddəki tarixi Şahi-Zinda qəbiristanlığında dəfn olunub. Vida mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

AZƏRTAC xəbər verir ki, dəfnlə bağlı tədbirlər günün birinci yarısında dövlət başçısının yerli iqamətgahında başlayıb. Burada keçirilən mərasimə bir çox xarici ölkədən rəsmi nümayəndə heyətləri qatılıb. Özbəkistanın Baş naziri, dəfnin təşkili üzrə dövlət komissiyasının sədri Şavkat Mirziyayev çıxış edərək İslam Kərimovun xidmətlərini xatırladıb.

Azərbaycan mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə tərkibinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, parlamentin komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti ilə təmsil olunub.

Xatırladaq ki, ölkəyə 27 il rəhbərlik etmiş 79 yaşlı İslam Kərimov sentyabrın 2-də müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Prezidentin vəfatı ilə əlaqədar Özbəkistanda üç günlük matəm elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.