DÜNYA


Özbəkistan Prezidenti İslam Kərimov vəfat edib

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Özbəkistan Prezidenti İslam Kərimov 79 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin qızı Lola Kərimova “İnstagram” səhifəsində məlumat yayıb.

Özbəkistan lideri avqustun 27-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Ölkənin Nazirlər Kabinetinin və parlamentinin rəsmi məlumatına görə, dövlət başçısının dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə təşkil olunacaq.

Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.