CƏMİYYƏT


Özbəkistan Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təşəkkür məktubu ünvanlayıb

Bakı, 9 avqust, AZƏRTAC

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Özbəkistan Prezidenti doğum günü münasibətilə ona ünvanladığı səmimi təbriklərə və xoş arzulara görə şeyxülislama minnətdarlığını bildirib. O, özünün və bütün özbək xalqının A.Paşazadəyə dərin hörmət bəslədiyini, millətlərarası dialoqun, dinlərarası əlaqələrin, tolerantlığın inkişafına, dünyada İslam dininin maarifçi ideyalarının təbliğ edilməsinə böyük şəxsi töhfəsini vermiş görkəmli və nüfuzlu din xadimi olaraq ona böyük qiymət verdiyini vurğulayıb.

Prezident Şavkat Mirziyoyev Allahşükür Paşazadənin ortaq mədəniyyət, milli adət-ənənələr və mənəvi dəyərlərə, habelə qarşılıqlı hörmət və ehtirama söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı naminə sərf etdiyi fəal səylərini yüksək qiymətləndirdiklərini, onun qardaş xalqlarımızı bir-birinə sıx bağlayan, onları birləşdirən etibarlı körpü olduğunu bildirib.

Dövlət başçısı, həmçinin şeyxülislama iyul ayının ilk yarısında Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib: “Fürsətdən istifadə edərək, bu yaxınlarda Bakıda rəsmi səfərdə olan Özbəkistanın Dini İşlər üzrə Komitəsinin və Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin rəhbərlərinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirirəm”.

Prezident Şavkat Mirziyoyev əmin olduğunu bildirib ki, birgə səylərimizlə qarşılıqlı maraqlarımıza xidmət edən uzunmüddətli tərəfdaşlığımız getdikcə inkişaf edəcək, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.