DÜNYA


Özbəkistan Prezidenti seçilən Şavkat Mirziyoyev Senatın iclasında Baş nazir vəzifəsindən azad edilib

A+ A

Daşkənd, 13 dekabr, АZƏRTAC

Özbəkistan parlamentinin yuxarı palatası - Senatın bu gün keçirilən iclasında dekabrın 4-də keçirilən prezident seçkilərində dövlət başçısı seçilən Şavkat Mirziyoyevin Baş nazir vəzifəsindən azad edilməsi ilə bağlı qanun qəbul edilib. Bundan sonra Özbəkistan hökumətinin istefası da gözlənilir.

İclasda Özbəkistanın 2017-ci il üçün dövlət büdcəsi də təsdiq olunub.

Bildirilib ki, büdcənin gəlir hissəsi 44,5 trilyon sum (təxminən 14 milyard dollar), xərcləri 46,9 milyard sum (14,7 milyard dollar) məbləğində müəyyənləşib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.