DÜNYA


Özbəkistan Prezidenti xəstəxanaya yerləşdirilib

A+ A

Bakı, 28 avqust, AZƏRTAC

Stasionar müalicə almaq üçün xəstəxanaya yerləşdirilən Özbəkistan Prezidenti İslam Kərimov tam tibbi müayinədən keçiriləcək. Bu barədə bazar günü Özbəkistan Respublikasının Nazirlər Kabinetinə istinadən “Газета.Uz” internet nəşri məlumat verib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, tam tibbi müayinə və sonrakı müalicə üçün müəyyən vaxt tələb olunacaq. Hazırda digər təfərrüatlar açıqlanmır.

İslam Kərimov 1991-ci ildən Özbəkistanın Prezidenti postunu tutur. Bundan əvvəl o, Özbəkistan Sovet Sosialist Respublikasının Prezidenti vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.