Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün biz Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu və ictimai quruculuq, iqtisadiyyat və sosial inkişaf sahələrində genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata keçirilməsinin, ölkənizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət kursunun şahidiyik.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin maraqlarına hörmət prinsipləri üzərində qurulan Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxplanlı və qarşılıqlı faydalı əməkdaşlığımızın sarsılmaz əsası olaraq qalacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm.

Hörmətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin