Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində, xalqın rifahının təmin olunması və ölkənin beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsi istiqamətində qazanılan sanballı uğurlar Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən təşəkkül tapmış ənənəvi dostluq münasibətləri, ikitərəfli siyasi dialoqun yüksək səviyyəsi bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin