DÜNYA


Özbəkistan astronomları yeni ulduz aşkar edib

Daşkənd, 20 iyun, AZƏRTAC

Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutunun Maydanak rəsədxanasının alimləri yeni ulduzun parlamasını müşahidə ediblər.

Bu astronomiyada böyük hadisə sayılır. Yeni ulduzun parlaması Böyük Ayı bürcünün NGC 3938 qalaktikasında baş verib.

SN 2017 eln nömrəli yeni ulduz Maydanak rəsədxanasının dünyanın aparıcı rəsədxanaları ilə beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində aşkar olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.