MƏDƏNİYYƏT


Özbəkistan kitabxanalarına Azərbaycan haqqında kitablar hədiyyə edilib

A+ A

Daşkənd, 4 noyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına Azərbaycan ilə bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.

Təqdim olunan nəşrlər arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafla bağlı kitablar var.

Kitabxanalara Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda Daşkənddə özbək dilində çap edilən “Xəmsə”si, (Olimcon Buriyevin tərcüməsi), böyük şairin özbək dilində bu günlərdə dərc olunan “Sirlər xəzinəsi” poeması (Xalq Şairi Camal Kamalın tərcüməsi), özbək tarixçisi Şuxrat Salamovun rus dilində “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər”, “Qarabağ: İdeyalar müharibəsi” kitabları, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin, Bəxtiyar Vahabzadənin və Anarın əsərləri də hədiyyə olunub.

Onu da deyək ki, AMM hər il "Azərbaycanı tanıyaq", "Azərbaycan tarixi hər bir ölkədə" layihələri çərçivəsində Özbəkistan kitabxanalarına Azərbaycana dair yüzlərlə kitab hədiyyə edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.