SİYASƏT


Özbəkistan məhkəməsi ermənilərin tarixçi Şuxrat Salamov haqqında qaldırdığı iddiaları əsassız sayıb

Daşkənd, 15 fevral, АZƏRTAC

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlar barədə kitablar yazan özbək tarixçisi Şuxrat Salamov (Barlas) haqqında ermənilərin irəli sürdüyü ittihamlara Daşkənd şəhərinin Çilanzar rayon məhkəməsində baxılıb və onun haqqında qaldırılan iddialar əsassız sayılıb.

Məhkəmə tarixçinin fəaliyyətində cinayət tərkibinin olmaması barədə qərar qəbul edib, onun elmi araşdırmalarının davam etdirilməsi üçün heç bir maneənin olmadığını bildirib.

Qeyd edək ki, Şuxrat Salamov müəllifi olduğu “Qarabağ: ideyalar müharibəsi” və “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə ermənilərin ittihamları ilə üzləşmiş, ona qarşı çirkin kampaniya başlamışdı.

Ermənilər onu saxtakarlıqda, millətçilik, pantürkizm və fırıldaqçılıqda ittiham edir, haqqında əsassız böhtanlar yayır, ekstremist qruplarla əlaqədə günahlandırır, şərəf və ləyaqətini təhqir edirlər.

“Qarabağ: ideyalar müharibəsi” kitabında yazıçı erməni daşnaklarının öz himayədarlarının köməyilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə daşnaklar tərəfindən özbəklərə qarşı törədilən qətliamlardan bəhs olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.