MƏDƏNİYYƏT


Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində

Bakı, 1 iyun, AZƏRTAC

Özbəkistan Xalq şairi Camal Kamal, tanınmış şairlər Şöhrət Salamov və Akif Azalp, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professorları Gülbahar Aşurova, Roza Niyazmetova və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvidən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə müxtəlif dövrlərdə Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Əmriddin Berdimuradov, Məmmədəli Mahmudov, Rauf Pərvi, Məhəmməd Saleh kimi məşhur Özbəkistan ədiblərinin əsərlərindən söhbət açılıb. Daha sonra Nizami Gəncəvinin özbək şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilmiş əsərlərinin Daşkənddə nəşri, həmçinin Azərbaycan–Özbəkistan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq digər layihələr müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.