SİYASƏT
Özbəkistan parlamenti Ali Məclisinə seçkilər keçirilir
Daşkənd, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-i Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasına seçkilər keçirilir.
Seçkiləri 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların nümayəndələri müşahidə edirlər.
Azərbaycan Milli Məclisinin deputatları Eldar İbrahimov, Aydın Abbasov və Etibar Hüseynov seçkiləri Daşkənd və Səmərqənddə izləyirlər.
Seçkilərdə ölkədə fəaliyyət göstərən Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası, Özbəkistan Xalq-Demokratik Partiyası, “Ədalət” Sosial Demokrat Partiyası və Özbəkistan Ekoloji Hərəkatı iştirak edir.
Deputat mandatı uğrunda dörd siyasi partiya və Ekoloji Hərəkatdan 535 namizəd mübarizə aparır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd