Özbəkistan pilotsuz avtomobillər istehsal etmək niyyətindədir
Daşkənd, 3 iyun, AZƏRTAC
Özbəkistan elektromobil və pilotsuz avtomobillər istehsal etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın “Uzavtosanoat” Səhmdar Şirkətinin İdarə Heyətinin sədri Umidjan Salimov bildirib.
O deyib: “Biz Daşkənddəki Turin Politexnik Universitetinin (TPU) nəzdindəki İnnovasiya Mərkəzində elektromobil istehsalı ilə məşğul olan xüsusi qrup yaratmışıq. Hazırda elektromobilin istehsal konstruksiyası üzərində iş gedir. Bundan əlavə, elektromobil istehsal edən potensial tərəfdaşlarla danışıqlar aparılır. “Shevrolet Bolt” və Çinin “JAS” elektromobillərindən iki ədəd sınaq testləri üçün Daşkəndə gətiriləcək. Elektromobil adi avtomobillərdən çox fərqlənir. Onun istifadə xərcləri avtomobildən səkkiz dəfə azdır, texniki xidmət də ucuz başa gəlir”.
U.Səlimov vurğulayıb ki, TPU-da ilk pilotsuz avtomobillərin layihəsi də hazırlanır. Layihə “Uzavtosanoat” və Rusiyanın iki şirkəti tərəfindən maliyyələşdirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]