SİYASƏT


Özbəkistan portalı Ermənistan-Azərbaycan münaqişəsi barədə yazır

Daşkənd, 6 fevral, АZƏRTAC

Özbəkistanın Tnews.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal edilmiş Azərbaycan ərazilərinə xarici turistlərin aparılması ilə bağlı məqalə verilib.

Məqalədə bildirilir ki, ermənilər xarici vətəndaşları aldadaraq işğal etdikləri Azərbaycan torpaqlarına aparırlar. Azərbaycanın işğal altındakı ərazilərində olan Aleksandr Lapşin bilə-bilə ki, onun adı Azərbaycanda arzuolunmaz şəxslər siyahısındadır, digər ölkənin pasportu ilə yenidən həmin ərazilərə gəlib. Ona görə də Azərbaycanda onun barəsində cinayət işi qaldırılıb, İnterpol xətti ilə axtarış elan edilib.

Yazıda qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycan ərazisidir və bu, torpaqların 20 faizi deməkdir.

Rəsmi Yerevan xaricdə yaşayan erməni diasporunun vasitəçiliyi ilə turistləri işğal olunmuş Azərbaycan ərazilərinə cəlb etməklə, burada müxtəlif tədbirlər keçirməklə diqqəti münaqişənin əsas səbəbindən yayındırmağa çalışır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.