SİYASƏT
Özbəkistan portalı V Qlobal Bakı Forumundan yazır
Daşkənd, 17 mart, АZƏRTAC
Özbəkistanın kun.uz portalı V Qlobal Bakı Forumu haqqında məqalə yayıb. Məqalədə dünyanın 53 ölkəsindən 300-ə yaxın nümayəndənin Forumda iştirak etdiyi bildirilir.
Qeyd edilir ki, “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki Al Faysal da var.
Məqalədə Azərbaycan Prezidentinin Forumun açılışındakı nitqindən fikirlərə də yer verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd