MƏDƏNİYYƏT


Özbəkistan portalı lavaşın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən yazır

A+ A

Daşkənd, 2 dekabr, AZƏRTAC

Özbəkistanın kun.uz portalında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması ilə bağlı məqalə dərc olunub.

Materialda bildirilir ki, bu haqda qərar Komitənin noyabrın 30-da keçirilən sessiyasında qəbul edilib.

Qeyd olunur ki, belə nazik çörək Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstanda hazırlanır. Azərbaycanda isə daha geniş yayılıb və ən qədim çörək növü hesab edilir. Azərbaycanda lavaşın hazırlanma texnologiyası və ənənələri 6 min ildən bəri dəyişmir.

Məqalədə lavaş sözünün etimologiyası və təndir haqqında da söhbət açılır. Vurğulanır ki, qədim zamanlarda təndirdə 30 növ çörək hazırlanıb.

Bildirilir ki, lavaşın adına Mahmud Kaşğarinin XI əsrdə yazdığı məşhur “Divani Lüğəti-Türk” əsərində də rast gəlmək olar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.