SİYASƏT
Özbəkistan portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı yerləşdirilib
Daşkənd, 8 fevral, АZƏRTAC
Özbəkistanın ziyouz.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özbək dilində məqalə yerləşdirilib.
Yazıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərinə istinadla bildirilir ki, Ermənistanın xarici işlər nazirinin son açıqlamaları diplomatik etikadan kənardır və danışıqlar prosesinin mahiyyətini təhrif edir. Erməni nazirin ziddiyyətli və təhqiramiz açıqlamaları ikrah doğurur.
Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, bildirilir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Buna baxmayaraq, Ermənistan hələ də öz ordusunu Azərbaycan torpaqlarından çıxarmır, bununla da dünya birliyinə meydan oxuyur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd