MƏDƏNİYYƏT


Özbəkistan saytı qədim Şəkinin tarixi və mədəniyyətindən yazıb

A+ A

Daşkənd, 19 sentyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kultura.uz portalında qədim Şəki şəhəri haqqında rus dilində material yerləşdirilib.

Məqalədə bildirilir ki, Şəki şəhərinin 2700 yaşı var və bu qədim şəhər Azərbaycanın tarixi və mədəni mərkəzlərindən biridir. Şəki Bakı şəhərindən 400 kilometr qərbdə yerləşir və dəniz səviyyəsindən 500-850 metr yüksəklikdədir.

Bu şəhərdən keçən Böyük İpək Yolu Şəkini ticarət mərkəzi kimi tarixə salıb. Şəkidəki Karvansara həm memarlığına, həm də orijinal tikinti üslubuna görə təkrarolunmaz abidədir və qədimdə olduğu kimi, indi də mehmanxana kimi istifadə edilir.

Qeyd olunur ki, Şəki həm də Qafqazın ipəkçilik mərkəzi kimi məşhurdur. 1861-ci ildə bu şəhərdə dünyada ən böyük ipəkçilik fabriklərindən biri tikilib.

Sonra materialda Şəkinin tarixi abidələri haqqında məlumat verilir, şəbəkə ustaları barədə söhbət açılır. Bildirilir ki, Şəki xanlarının sarayı tikilərkən burada bir mismardan belə istifadə edilməyib.

Həmçinin yazıda vurğulanıb ki, qədim Şəki şəhəri 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.