DÜNYA


Özbəkistanda dörd azad iqtisadi zona yaradılacaq

Daşkənd, 15 yanvar, АZƏRTAC

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Buxara, Səmərqənd, Fərqanə və Xarəzm vilayətlərində azad iqtisadi zonalar yaradılması haqqında fərman imzalayıb.

Sənəddə bildirilir ki, “Qyjduvan”, “Urqut”, “Kokand” və Xazrasp” adlandırılan bu zonalar 30 il müddətinə yaradılır. Azad iqtisadi zonalarda 30 il ərzində xüsusi vergi və gömrük güzəştləri olacaq, bu məkanlarda loqistik mərkəzlər və gömrük postları yaradılacaq.

Qoyulan sərmayənin həcmindən asılı olaraq, iştirakçı tərəflərə 3 ildən 10 ilədək imtiyazlar da veriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.