DÜNYA


Özbəkistanda prezident seçkilərində iştirak etmək üçün namizədlərin irəli sürülməsinə başlanılıb

A+ A

Daşkənd, 16 sentyabr, AZƏRTAC 

Özbəkistanın “Milli Dirçəliş” Demokratik Partiyasının plenumunda Ali Məclis sədrinin müavini Sarvar Atamuradovun prezidentliyə namizədliyi irəli sürülüb. Qurultayda təsdiq oldunduqdan sonra onun namizədliyinin qeydə alınması üçün Özbəkistan Mərkəzi Seçki Komissiyasına müraciət ediləcək.

Özbəkistan Liberal-Demokrat Partiyası Siyasi Şurasının bu gün Daşkənddə keçirilən iclasında prezidentin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevin də prezidentliyə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

Namizədlərin qeydə alınması sentyabrın 30-da başlanacaq və oktyabrın 20-də başa çatacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.