DÜNYA
Özbəkistanda prezident seçkilərində vaxtından əvvəl səsvermənin birinci günü altı minədək seçici səs verib
Daşkənd, 25 noyabr, AZƏRTAC
Özbəkistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, ölkədə prezident seçkilərində vaxtından əvvəl səsvermənin birinci günü altı minədək seçici səs verib.
Özbəkistan qanunvericiliyinə uyğun olaraq səsvermə dekabrın 2-dək davam edəcək. Əsas səsvermə günü - dekabrın 4-də xarici səfərdə olan, bu və ya digər səbəblərdən həmin gün səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edir.
Məlumatda bildirilir ki, ölkədə 9,381 seçki məntəqəsi yaradılıb. Həmin gün 21,435 milyon seçici səs verməlidir.
Prezident seçkilərinə Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri qatılıb.
Xatırladırıq ki, Özbəkistanda prezident beş il müddətinə seçilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]