SİYASƏT


Özbəkistanda yaşayan vətəndaşlarımız səsvermədə yüksək fəallıq göstəriblər

A+ A

Daşkənd, 26 sentyabr, AZƏRTAC 

Referendum ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış məntəqədə səsvermə başa çatıb.

Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 45 saylı məntəqədə 137 seçici səs verib. Seçici fəallığı 93 faiz olub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin digər diplomatları və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları ilk olaraq səs veriblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.