MƏDƏNİYYƏT


Özbəkistanin “İstoriya Turana” jurnalında Azərbaycanla bağlı məqalələr dərc edilib

A+ A

Daşkənd, 27 sentyabr, AZƏRTAC

Özbəkistanın “Turan” Akademiyasının “İstoriya Turana” jurnalında Azərbaycanla bağlı məqalələr dərc edilib.

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, Turan Akademiyasının akademiki, soydaşımız Səxavət Ociyevin “Bakıda keçirilən birinci Türkoloji Qurultayda Özbəkistan nümayəndələri haqqında” adlı məqaləsində bildirilir ki, 1926-cı il fevralın 26-da Bakıda keçirilən qurultayda Özbəkistandan 13 alim iştirak edib. Sonra müəllif onların bu sahədəki həyat və fəaliyyəti haqqında danışır, alimlərin əsərləri barədə məlumat verir.

Jurnalda tarix elmləri doktoru, Turan Akademiyasının akademiki Şaxistaxon Uljaevanın “Əmir Teymur Azərbaycanın tarixində” məqaləsi də maraq doğurur. Məqalədə böyük sərkərdə Əmir Teymurun Azərbaycanda olması, Şirvanşah I İbrahimlə görüşməsi haqqında ətraflı bəhs edilir.

Topluda Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Turan Akademiyasının akademiki Firudin Səfərovun bu teatrın dirijoru, SSRİ Xalq Artisti, Azərbaycanın yaxın dostu Dilbər Əbdürrəhmanov haqqında məqaləsi də yer alıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.