MƏDƏNİYYƏT
Özbəkistanın ”Sado” qəzetində Azərbaycanın Xalq Yazıçısı Anar haqqında məqalə dərc edilib
Daşkənd, 7 dekabr, AZƏRTAC
Özbəkistanın ”Sado” qəzetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar haqqında jurnalist Rüstəm Ravşanovun özbək dilində məqaləsi dərc olunub.
Məqalədə Anarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır.
Yazıda Anarın əsərlərinin Özbəkistanda çox sevildiyi bildirilir. Elə bu sevginin nəticəsi olaraq bu yaxınlarda Daşkənddə Usman Kuçkarın tərcüməsində yazıçının “Mən, sən, o və telefon” adlı növbəti kitabının özbək dilində nəfis tərtibatla çap edildiyi vurğulanır.
Materialda bildirilir ki, bir çox özbək yazıçıları Anarla dostluq edir. Qəzetdə Anarın hikmətli sözləri də verilib, tanınmış qələm adamlarının Azərbaycanın Xalq Yazıçısı haqqında fikirləri yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]