MƏDƏNİYYƏT


Özbəkistanın Xalq Artisti Bakı teatrının səhnəsində

Bakı, 17 may, AZƏRTAC

Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək.

Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, Xalq Artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün sənət ocağına dəvət olunub.

Səhnə əsərində digər rollarda Əməkdar Artist Afaq Abbasova, Nina Makarova və başqaları çıxış edəcək.

Tamaşanın dirijoru Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.