İQTİSADİYYAT


Özbəkistanın kun.uz portalında Ələtdə yaradılan Bakı Limanı haqqında məqalə yerləşdirilib

Daşkənd, 23 yanvar, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kun.uz portalında Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında “Ələt Qafqazın Dubayı olacaq - zənginlik vəd edən məkan” sərlövhəli məqalə yerləşdirilib.

Materialda əvvəl Dubayın Cabal Əli limanı haqqında məlumat verilir, bildirilir ki, Azərbaycan da belə analoji inkişaf modeli yaratmaq niyyətindədir.

Yazıda deyilir ki, Azərbaycan coğrafi cəhətdən Avropa ilə Asiyanın, Şərqlə Qərbin və Çindən Avropaya gedən Böyük İpək Yolunun qovşağında yerləşir.

Bildirilir ki, bu gün Azərbaycandan keçməklə Avropadan Asiyaya və Asiyadan Avropaya müxtəlif yüklər daşınır və getdikcə yüklərin həcmi qat-qat artacaq.

Vurğulanır ki, 2016-cı il martın 17-də “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb və bu istiqamətdə fəaliyyətə başlanılıb.

Materialda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində görülən işlər haqqında ətraflı məlumat verilir, bildirilir ki, tikinti işlərinin birinci mərhələsi 2017-ci ilin sonunda başa çatmalıdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.