MƏDƏNİYYƏT


Özbəkistanın kun.uz portalında muğamlarımız haqqında material yer alıb

A+ A

Daşkənd, 8 iyul, AZƏRTAC 

Daşkənddəki kun.uz portalında ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə muğamlarımız haqqında özbək dilində material yer alıb.

Məqalədə Azərbaycan muğamları haqqında ətraflı məlumat verilib, bu fəlsəfi musiqinin dünyada populyarlığından söhbət açılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Azərbaycan muğamı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmin ilin dekabrın 27-də isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Hazırda bu mərkəzdə vaxtaşırı müxtəlif muğam gecələri təşkil edilir.

Yazıda qeyd olunur ki, 2009-cu ildə Bakıda keçirilən “Muğam aləmi” beynəlxalq festivalında Özbəkistandan Yulduz Turdieva da iştirak edib və onun ifa etdiyi “Qarabağ şikəstəsi” birinci mükafata layiq görülüb.

Materialda Bakıda keçirilən muğam müsabiqələrində iştirak edən digər özbək ifaçıları haqqında da məlumat verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.