SİYASƏT


Özbəkistanın portalları Metsamor AES-in region üçün təhlükəsindən yazır

Daşkənd, 3 iyun, АZƏRTAC 

Özbəkistanın Ziyouz.uz və Tnews.uz portalları Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün təhlükəsi haqqında məqalələr yayıb.

Məqalələrdə Azərbaycan Milli Məclisində keçirilən Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun Metsamor AES-in region dövlətləri üçün təhlükə mənbəyi olması barədə fikirləri yer alıb. Bildirilib ki, köhnə sovet texnologiyası ilə tikilmiş və istismar müddəti başa çatmış stansiya Avropa ölkələri üçün də real təhlükə mənbəyidir. Ermənistan seysmik zonada olduğundan bu təhlükə daha real görünür.

Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, bir milyondan artıq qaçqın və məcburi köçkün probleminin yarandığı diqqətə çatdırılır.

Bundan başqa, məqalələrdə Türkiyənin energetika naziri Taner Yıldızın Metsamor AES-in Türkiyə sərhədindən bir kilometrlik məsafədə yerləşməsi və bunun Türkiyə üçün də böyük təhlükə yaratması barədə fikrinə yer verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.