İDMAN


Özbəkistanın qadın tennisçiləri Türkmənistan yığmasını məğlub ediblər

Bakı, 14 may, Elvin Camalov, AZƏRTAC

Qadın tennisçilərin yarışında Özbəkistan yığması texniki qələbə sayəsində Türkmənistan millisinə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmada ilk oyun Özbəkistanın xeyrinə nəticələnib. İkinci oyunda Türkmənistan təmsilçisi Cahan Bayramova özbəkistanlı Komola Umarova ilə görüşdə zədələnərək oyunu başa çatdıra bilməyib. Bununla da ikinci və keçirilməli olan cütlüklərin oyunu Türkmənistanın texniki məğlubiyyəti ilə başa çatıb.

Yekun hesabda Özbəkistan millisi 3:0 hesabı ilə oyunu qalib başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.