İQTİSADİYYAT


Özəl kredit bürolarının yaradılması ilə bağlı fəaliyyət planı razılaşdırılıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin və icraçı direktoru Yunus Abdulovun Beynəlxalq Maliyyə Korporasiyasının və "Creditinfo Group" təşkilatının nümayəndələri ilə görüşündə Azərbaycanda özəl kredit bürolarının yaradılması ilə əlaqədar atılan addımlar, bu sahədə görülməli olan işlər müzakirə edilib.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, görüşdə, eyni zamanda, büroların xaricdə fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda bu sahədə görüləcək işləri özündə əks etdirən fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.

Qeyd edək ki, "Creditinfo Group" təşkilatı Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.