İQTİSADİYYAT


Özəlləşdirilmə nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri açılıb

Bakı, 15 fevral, AZƏRTAC 

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri açılıb, 250 mindən çox şəxs səhm sahibi olub.

AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 15-də komitə tərəfindən təşkil olunan “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forumda deyib.

Komitə sədri bildirib ki, ümumilikdə 1,2 milyondan artıq ölkə vətəndaşı bu və ya digər formada özəlləşdirmədən faydalanıb. ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak ediblər.

Forumda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sahibkarlığın inkişafında özəlləşdirmə prosesinin xüsusi rolunu, yeni iş yerlərinin açılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının əhəmiyyətli hissəsinin özəlləşdirilən müəssisələrin payına düşdüyünü diqqətə çatdırıb.

Tədbirdə ölkənin ən iri holdinq, assosiasiya, şirkətlər qrupunu təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.