DÜNYA


Özündənrazı insanlar işdə iyerarxik qaydalara daha yaxşı münasibət göstərirlər

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Şotlandiya Universitetinin alimlərinin araşdırmalarına görə özündənrazı insanlar işdə iyerarxik (işçinin işverənə tabeliyi) qaydalara digərlərinə nisbətən daha yaxşı münasibət göstərirlər.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlarda mindən çox insan iştirak edib. Onlardan onlayn rejimdə beş sosioloji tədqiqatdan keçmələri tələb olunub. Son hal elm aləmində bir ilk olub.

Mütəxəssislərin sözlərinə görə, liderlər üçün şirkətin struktur təsiri çox vacibdir. Bu yalnız işçi əməyinin məhsuldarlığını deyil, həm də kadr seçiminin effektivliyini artırmaq baxımından əhəmiyyətlidir. Alimlər işə qəbul zamanı insanın zahiri görünüşünün nəzərə alınmasının vacibliyini qeyd ediblər. Bundan əlavə tədqiqatlar nəticəsində elm adamlarında belə bir fikir də yaranıb ki, tez-tez yüksək vəzifələri məhz özündən razı insanlar tuturlar. Bundan əlavə belə insanlar gələcək inkişafları barədə daha çox düşünürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.